"Yeni Klinika"ya direktor təyin olunan Qalib İmanov KİMDİR... - DOSYE

Tarix:Сегодня, 11:00
Baxış Sayı:2

"Yeni Klinika"ya direktor təyin olunan Qalib İmanov KİMDİR... - DOSYE

Xəbər verdiyimiz kimi, "Yeni Klinika" tibb müəssisəsinin rəhbərliyində ciddi kadr dəyişikliyi baş verib.

igia.az xəbər verir ki, klinikanın direktoru Barat Yusubov vəzifəsindən azad edilib və bu məsul vəzifəyə tanınmış mütəxəssis, tibb üzrə fəlsəfə doktoru Qalib İmanov təyin olunub.

Qeyd edək ki, Qalib İmanov buna qədər sözügedən klinikada direktor müavini və Ürək-damar mərkəzinin rəhbəri vəzifələrində çalışıb. Hələlik TƏBİB rəsmi açıqlama verməsə də, qurumun yaxın vaxtlarda ətraflı məlumat yayacağı gözlənilir.

Qalib Gəncəvi oğlu İmanov 1974-cü il avqustun 8-də Göyçə mahalının Qoşabulaq kəndində anadan olub. 1991-ci ildə Zaqatala şəhərində orta məktəbi medalla bitirdikdən sonra Azərbaycan Tibb Universitetinə (ATU) daxil olub.

1998-ci ildə ATU-nun "Müalicə-profilaktika" fakültəsini bitirib. 1998-1999-cu illərdə Bakı Şəhər 1 saylı Kliniki Xəstəxanasında anestezioloq-reanimatoloq ixtisası üzrə interna keçib.

2012-ci ildə tibb üzrə fəlsəfə doktoru elmi dərəcəsini alıb. O, 50-yə yaxın elmi məqalənin müəllifidir.

Ukrayna və Türkiyənin (İstanbul və Bursa) aparıcı tibb mərkəzlərində invaziv kardiologiya və pediatrik kardiologiya üzrə uzunmüddətli kurslar keçib.

Qalib İmanov kardiologiyanın müxtəlif sahələrində zəngin təcrübəyə malikdir:

1999–2001: Elmi-Tədqiqat Kardiologiya İnstitutunda həkim-reanimatoloq;

2001–2009: Mərkəzi Klinik Xəstəxanada kardioloq;

2009–2014: Mərkəzi Gömrük Hospitalında invaziv və pediatrik kardioloq;

2014-cü ildən: ATU Tədris Cərrahiyyə Klinikasında Kardiologiya şöbəsinin müdiri.

O, invaziv kardiologiya sahəsində mürəkkəb əməliyyatların, o cümlədən koronar angioqrafiya, angioplastika, kardiostimulyatorların implantasiyası və anadangəlmə ürək qüsurlarının qapalı (invaziv) üsulla müalicəsində ixtisaslaşmış peşəkar həkimdir.

Bakıda polisə müqavimət göstərənlər tutuldu - Silah tətbiq edildi
Bakıda polisə müqavimət göstərənlər tutuldu - Silah tətbiq edildi
Azərbaycanın güləş millisi komanda hesabında Avropa çempionu olub
Azərbaycanın güləş millisi komanda hesabında Avropa çempionu olub
Gölə üzməyə girən 16 yaşlı oğlan qızıl külçə tapdı - FOTO
Gölə üzməyə girən 16 yaşlı oğlan qızıl külçə tapdı - FOTO
Latviya Prezidentinin səfəri başa çatdı
Latviya Prezidentinin səfəri başa çatdı
Satışlarda sağlamlıq enişi: həyat tərzi pivə nəhəngini sarsıdır
Satışlarda sağlamlıq enişi: həyat tərzi pivə nəhəngini sarsıdır
İncəsənət məktəblərinə qəbul üzrə imtahanlar başlayır
İncəsənət məktəblərinə qəbul üzrə imtahanlar başlayır
Azərbaycanda daha bir məktəbdə insident: 14 yaşlı şagird bıçaqlandı
Azərbaycanda daha bir məktəbdə insident: 14 yaşlı şagird bıçaqlandı
Azərbaycanda hərbi xidmətdən yayınmaya görə cəzalara yenidən baxılacaq
Azərbaycanda hərbi xidmətdən yayınmaya görə cəzalara yenidən baxılacaq