Bakıda sakinlər buna görə istiliksiz qalıblar - Sahə rəisi açıqladı

Tarix:3-01-2026, 16:30
Baxış Sayı:1

Bakıda sakinlər buna görə istiliksiz qalıblar - Sahə rəisi açıqladı

Xəbər verdiyimiz kimi, Nizami rayonunun Rüstəm Rüstəmov küçəsi, ev 68 ünvanında yerləşən yaşayış binasının sakinləri iki gündür ki, istiliksiz qalıblar.

Qışın soyuq günlərində baş verən bu problem xüsusilə bayram günlərində sakinlərin narazılığına səbəb olub.

Binada yaşayan Elxan Hüseynli Musavat.com-a müraciət edərək bildirib ki, 60 mənzildən ibarət binanın bütün sakinləri bayramı soyuq evlərdə qarşılamaq məcburiyyətində qalıblar.

Onun sözlərinə görə, dəfələrlə aidiyyəti qurumlara məlumat verilsə də, problem aradan qaldırılmayıb.

Məsələ ilə bağlı 4 saylı İstilik Sistemləri İstismar Sahəsinin rəisi Bəhrəm Qarayev Musavat.com-a açıqlamasında bildirib ki, problem 61 saylı qazanxanadan təchiz olunan istilik xəttində yaranmış qəza ilə bağlıdır.

Onun sözlərinə görə, Rüstəm Rüstəmov küçəsi boyunca yerləşən yaşayış binalarını istiliklə təmin edən 219 mm-lik istilik xəttində dünən axşam saatlarında güclü su axıntısı müşahidə olunub.

“Su axıntısının qarşısını almaq üçün bütün qüvvələrimiz səfərbər edilib. Lakin istilik xəttinin ətrafında müxtəlif tikililərin və iaşə obyektlərinin olması qəza yerinin dəqiq müəyyənləşdirilməsində çətinliklər yaradıb. Buna baxmayaraq, axıntı yeri artıq müəyyən edilib. Hazırda işçi qüvvəsi cəlb olunub və qəzanın aradan qaldırılması istiqamətində işlər davam etdirilir”, - deyə B.Qarayev qeyd edib.

Qurum rəsmisi bildirib ki, qısa müddət ərzində qəzanın tam aradan qaldırılması və binaların istiliklə təminatının bərpası nəzərdə tutulur.

Qeyd edək ki, su axıntısı “Xan çinarı” adlanan restoranın girişində baş verib.

Sabah 40 dərəcə isti olacaq
Sabah 40 dərəcə isti olacaq
Kəlbəcəri dolu vurdu - bu rayonlara leysan yağdı
Kəlbəcəri dolu vurdu - bu rayonlara leysan yağdı
Deputatın “jurnalistləri yola verirəm” sözləri gündəm oldu - Özü izah etdi
Deputatın “jurnalistləri yola verirəm” sözləri gündəm oldu - Özü izah etdi
Azərbaycanlı tələbələrin 61%-i Britaniyanı seçir
Azərbaycanlı tələbələrin 61%-i Britaniyanı seçir
İsmayıllıda toyda 24 nəfər zəhərləndi
İsmayıllıda toyda 24 nəfər zəhərləndi
Çiyin ağrısını yorğunluq saymayın – Səhiyyə Nazirliyinin mütəxəssisi xəbərdarlıq edir
Çiyin ağrısını yorğunluq saymayın – Səhiyyə Nazirliyinin mütəxəssisi xəbərdarlıq edir
Novxanıdakı istirahət mərkəzində ölüm
Novxanıdakı istirahət mərkəzində ölüm
TƏBİB uşaq xəstəxanasındakı durum barədə MƏLUMAT YAYDI
TƏBİB uşaq xəstəxanasındakı durum barədə MƏLUMAT YAYDI