“Bakı Marafonu 2026”da 25 min iştirakçı birincilik uğrunda yarışacaq

Tarix:28-04-2026, 11:30
Baxış Sayı:2

“Bakı Marafonu 2026”da 25 min iştirakçı birincilik uğrunda yarışacaq

Heydər Əliyev Fondunun təşəbbüsü ilə bu bazar günü keçiriləcək “Bakı Marafonu 2026”da 25 min iştirakçı qeydiyyatdan keçib.

igia.az xəbər verir ki, marafonda Azərbaycan vətəndaşları ilə yanaşı, ABŞ, Almaniya, Boyük Britaniya, Çin, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Rusiya, Türkiyə, Ukrayna və digər ölkə vətəndaşları da qələbə uğrunda yarışa qoşulacaq.

Hər dəfə olduğu kimi, builki yarışda da fiziki imkanları məhdud, eləcə də Daun sindromlu şəxslər də iştirak edəcək.

Qeyd edək ki, aprelin 26-da London marafonunda yeni dünya rekordu müəyyənləşib. Keniyalı atlet Sebastian Save (Sabastian Sawe) London Marafonunun qalibi olaraq dünya rekordunu yeniləyib. O, 42.195 km məsafəni iki saatdan az müddətdə - 1 saat 59 dəqiqə və 30 saniyəyə qət edib. Qadınlar arasında isə efiopiyalı Tigst Assefa 2 saat 15 dəqiqə 41 saniyə göstərici ilə qalib olub.

Mayın 3-də isə start nöqtəsi Dövlət Bayrağı Meydanı, finiş "Sea Breeze" ərazisi olmaqla ilk dəfə 42 km məsafədə keçiriləcək Bakı Marafonunun kişi və qadın iştirakçıları qaçış zolağında ilk 3 yer uğrunda mübarizə aparacaq.

Sabah 40 dərəcə isti olacaq
Sabah 40 dərəcə isti olacaq
Kəlbəcəri dolu vurdu - bu rayonlara leysan yağdı
Kəlbəcəri dolu vurdu - bu rayonlara leysan yağdı
Deputatın “jurnalistləri yola verirəm” sözləri gündəm oldu - Özü izah etdi
Deputatın “jurnalistləri yola verirəm” sözləri gündəm oldu - Özü izah etdi
Azərbaycanlı tələbələrin 61%-i Britaniyanı seçir
Azərbaycanlı tələbələrin 61%-i Britaniyanı seçir
İsmayıllıda toyda 24 nəfər zəhərləndi
İsmayıllıda toyda 24 nəfər zəhərləndi
Çiyin ağrısını yorğunluq saymayın – Səhiyyə Nazirliyinin mütəxəssisi xəbərdarlıq edir
Çiyin ağrısını yorğunluq saymayın – Səhiyyə Nazirliyinin mütəxəssisi xəbərdarlıq edir
Novxanıdakı istirahət mərkəzində ölüm
Novxanıdakı istirahət mərkəzində ölüm
TƏBİB uşaq xəstəxanasındakı durum barədə MƏLUMAT YAYDI
TƏBİB uşaq xəstəxanasındakı durum barədə MƏLUMAT YAYDI