Bel ağrılarından necə qurtulaq?

Tarix:3-06-2026, 10:34
Baxış Sayı:0

Bel ağrılarından necə qurtulaq?

İspaniyalı travmatoloq, İnes Sançes bildirib ki, bel ağrılarının qarşısını almağın əsas yolu müntəzəm fiziki aktivlikdir. Onun sözlərinə görə, düzgün oturuş və erqonomik mebellər təkbaşına onurğa problemlərindən qorunmağa zəmanət vermir.

igia.az xəbər verir ki, o, bu barədə "Daily Mail" nəşrinə açıqlamasında danışıb.

Mütəxəssis qeyd edib ki, bir çox insan bel sağlamlığını qorumaq üçün düz oturmağın, ani hərəkətlərdən qaçmağın və ortopedik kreslolardan istifadə etməyin kifayət etdiyini düşünür. Lakin praktikada bu tədbirlər xroniki ağrıların qarşısını hər zaman ala bilmir.

Həkimin sözlərinə görə, pasiyentləri arasında oturuş qaydalarına ciddi əməl edən, amma buna baxmayaraq davamlı bel narahatlığından əziyyət çəkən insanlar az deyil. O bildirib ki, əsas səbəb uzun müddət hərəkətsiz qalmaq və fiziki aktivliyin az olmasıdır.

Travmatoloq izah edib ki, onurğa, fəqərəarası disklər, əzələlər və bağlar normal fəaliyyətini qorumaq üçün müntəzəm yüklənməyə ehtiyac duyur. Uzun müddət hərəkətsiz qalanda qan dövranı zəifləyir, oynaqların hərəkətliliyi azalır və onurğanı dəstəkləyən əzələ sistemi tədricən zəifləyir.(unikal)

Milli Qurtuluşdan Böyük Zəfərə: Heydər Əliyev Dövlətçilik Məktəbinin Tarixi Missiyası
Milli Qurtuluşdan Böyük Zəfərə: Heydər Əliyev Dövlətçilik Məktəbinin Tarixi Missiyası
Azərbaycanda qadınlar üçün xüsusi istiqrazlar dövriyyəyə buraxılacaq
Azərbaycanda qadınlar üçün xüsusi istiqrazlar dövriyyəyə buraxılacaq
Müəllimlərin geyimi ilə bağlı vahid standartlar tətbiq ediləcək
Müəllimlərin geyimi ilə bağlı vahid standartlar tətbiq ediləcək
Sabah 35 dərəcə isti olacaq
Sabah 35 dərəcə isti olacaq
Azərbaycan Himni Tivatda Səsləndi: Nülufər Xəlilova Qələbəsi ilə Ölkəmizə Böyük Qürur Yaşatdı
Azərbaycan Himni Tivatda Səsləndi: Nülufər Xəlilova Qələbəsi ilə Ölkəmizə Böyük Qürur Yaşatdı
Toyda döyülüb evə qayıtdı, qonşusunun başını kəsdi - Sabirabaddakı dəhşətli qətlin TƏFƏRRÜATI
Toyda döyülüb evə qayıtdı, qonşusunun başını kəsdi - Sabirabaddakı dəhşətli qətlin TƏFƏRRÜATI
Məktəbli forması ilə bağlı qanunu pozanları nə gözləyir?
Məktəbli forması ilə bağlı qanunu pozanları nə gözləyir?
Azərbaycanda orta aylıq pensiya 594 manata çatdı
Azərbaycanda orta aylıq pensiya 594 manata çatdı