İran səfiri Azərbaycana minnətdarlıq etdi

Tarix:Сегодня, 16:54
Baxış Sayı:3

İran səfiri Azərbaycana minnətdarlıq etdi

Bu gün Baş prokuror Kamran Əliyev İran İslam Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Müctəba Dəmirçulunu qəbul edib.

Bu barədə igia.az-a Baş Prokurorluqdan məlumat verilib.

Baş prokuror ilk növbədə, İran İslam Respublikasının Ali Rəhbəri Ayətullah Seyid Əli Xomeyninin vəfatı, həmçinin son hadisələr nəticəsində xeyli sayda mülki vətəndaşın ölməsi ilə əlaqədar qarşı tərəfə başsağlığı verib, tezliklə regionda sülhün bərqərar olmasına inamını bildirib.

Həmçinin qeyd edib ki, Azərbaycan və İran xalqları dost və qardaş xalqlardır və ölkələrimiz arasında qədim tarixi, mədəni və dini bağlar mövcuddur. Xüsusilə vurğuladı ki, hər iki ölkənin dövlət başçıları arasında mövcud səmimi və dost münasibətlər bütün istiqamətlərdə, o cümlədən hüquqi sferada da əməkdaşlığın dərinləşməsinə rəvac verir.

Bundan başqa, Baş prokuror 2022-ci ildə İranlı həmkarının dəvəti ilə həmin ölkəyə etdiyi işgüzar səfəri xatırladıb, eləcə də müxtəlif platformalarda İranın hüquq mühafizə orqanlarının rəhbərləri ilə keçirilən məhsuldar görüşlərini qeyd edib.

Səmimi qəbula görə minnətdarlığını bildirən səfir Müctəba Dəmirçulu iki ölkə arasındakı əlaqələrin əhəmiyyətindən danışıb, son hadisələr fonunda cənab Prezident İlham Əliyevin İran səfirliyini ziyarət edərək şəxsən başsağlığı verməsinə və Azərbaycan Respublikası tərəfindən İran xalqına göstərilən hərtərəfli dəstəyə görə dərin minnətdarlığını qeyd edib. O bildirib ki, Azərbaycan Respublikası İrana ilk humanitar yardım göstərən ölkə olub və bu qarşı tərəf üçün xüsusi məna daşıyır. Eyni zamanda ölkəmizin öz ərazisi vasitəsilə digər ölkələr tərəfindən göndərilən humanitar yardımların keçidinə şərait yaratması da dostluq addımıdır və yüksək qiymətləndirilir.

Səfir, həmçinin Azərbaycan və İranın hüquq mühafizə orqanları arasında mövcud əməkdaşlığın daha da gücləndirilməsinin vacibliyini diqqətə çatdırıb.

Görüş çərçivəsində tərəflər cinayətkarlığın müxtəlif formalarına, xüsusilə narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə, cinayət işləri üzrə hüquqi yardım, ekstradisiya, məhkumların təhvil verilməsi və bu sahələrdə fəaliyyətin səmərəliliyinin artırılması məsələlərini müzakirə ediblər. Bununla yanaşı, münasibətlərin daha da inkişaf etdirilməsi məqsədilə qarşılıqlı səfərlərin təşkili barədə fikir mübadiləsi aparılıb.

İran səfiri Azərbaycana minnətdarlıq etdi
İran səfiri Azərbaycana minnətdarlıq etdi
Uğurlu Rəhbərlik, Güclü Təhsil – A.S. Puşkin adına Tovuz şəhər orta məktəbin direktoru Adil Əsgərovun idarəçiliyi altında inkişafın parlaq nümunəsi
Uğurlu Rəhbərlik, Güclü Təhsil – A.S. Puşkin adına Tovuz şəhər orta məktəbin direktoru Adil Əsgərovun idarəçiliyi altında inkişafın parlaq nümunəsi
İçərisində xəstə olan təcili yardım maşını qəzaya uğradı
İçərisində xəstə olan təcili yardım maşını qəzaya uğradı
Atasının ölümünə dözməyən yeniyetmə infarkt keçirdi, xilas edə bilmədilər - FOTO
Atasının ölümünə dözməyən yeniyetmə infarkt keçirdi, xilas edə bilmədilər - FOTO
Ağsaqqallar Şurasının İdarə Heyətinə yeni üzvlər seçilib - SİYAHI
Ağsaqqallar Şurasının İdarə Heyətinə yeni üzvlər seçilib - SİYAHI
Azmərtəbəli binalarla bağlı YENİ QAYDA
Azmərtəbəli binalarla bağlı YENİ QAYDA
Ətrafınızdakı 5 insan sizin maddi vəziyyətinizi müəyyən edir
Ətrafınızdakı 5 insan sizin maddi vəziyyətinizi müəyyən edir
Zəkiyə Həsənova – Təhsilin İnkişafına Həyatını Həsr Etmiş Fədakar Rəhbər
Zəkiyə Həsənova – Təhsilin İnkişafına Həyatını Həsr Etmiş Fədakar Rəhbər